пятница, 30 октября 2015 г.

Kitab oxumaq üçün 13 səbəb

1. Kamillik.
 Kitablar çox vaxt heç yerdə tapa bilmədiyimiz cavabları tapa bilər. 

2. Yeni biliklər. 
 Kitablar çox vaxt gözləmədiyimiz və ağlımıza belə gəlməyən məlumatları verə bilər. 

 3. İlham vermək. 
Kitablarda oxunanlar, hadisələr, qəhrəmanlar hər birimizin daxilində gizlənən arzuların oyanmasına təkan verə bilər. 

 4. Problemlərdən istirahət.
 Kitab oxuma – həyatdan həzz almağı, sevinməyi, rahatlanmağı məhdudlaşdıran problem və cavabdehliklərdən qurtulmaq üsuludur. 

 5. Duyğular və təəssüratlar.
 Oxuma insanı fantaziyalar dünyasına aparır. Gerçək olmasa da belə insana əsl hisslər, həyəcan, sevinc, kədər, qorxu, ümid yaşada bilir. Qəhrəmanla onun keçdiyi yolu bir keçirdir. 

 6. Zamanın fərqli axını. 
 Kitablar zamanın mövcudluğuna və axınına tam başqa təsir göstərir. Bəzən onu sürətlə aparır bəzən də yavaşladır. Nəticə isə çox zaman bizim istədiyimiz kimi olur. 

 7. Həyat mənası. 
 Bəzi kitablar dünya dərkini, öz dərkini anlamağa köməklik edir. 

 8. Başqa aləmə pəncərə. 
 Kitablar vərəqlərdə yazılan dünyalara bir səyahətdir. 

 9. Energetika. 
Kitab olsa da, cansız səhifələr olsa da hər bir kitabda, hər bir yazıda enerji var. Çünki o yazıda müəllifin tam qəlbi və istəyi ilə yazılan yazılar durur. 

 10. Tarix. 
 Hər bir dövrün öz kitabında gizlənmiş tarix, gizlənmiş sirlər var. Səhifələrdə o zamanların insanlarının düşünmə tərzi, hissləri, istəkləri, arzuları gizlənir. 

 11. Beyin üçün məşq. 
 Sirr deyil ki, beyin yalnız işlədiyi zaman gümrah və sağlam qalır. Bunun da ən asan və effektiv yolu kitab oxumaqdır, hansı ki beyni dar və qapalı düşüncəlikdən azad edəcək. 

 12. Yuxusuzluğun dərmanı. 
 Bəzən beynimiz o qədər gərgin olur ki, yuxusuzluğa gətirib çıxarır və bu gərginlikdən və problemlərdən də ayrılmağın ən asan və sağlam yolu bütün bunlardan bizi qopararaq başqa aləmlərə aparacaq kitablardır. 

 13. Xoş səyahətlər. 
 Kitabdan gözəl yol yoldaşı isə çətin ki mövcud olsun. Məsələn qatarla yol getdiyiniz zaman Aqata Kristinin «Şərq ekspressində qətl» romanı sizin səyahətinizi bir anlıq edərək ona rəng qatacaq.

Poçt işçisi savadsızların səhvini düzəldərək Moskva şəhərinin əsasını qoyub

  Moscow ABŞ-ın Kanzas ştatında yerləşən kiçik bir şəhərcikdir. 310 nəfərlik şəhər 12 milyonluq şəhərlə eyni adlı olsa da, onların arasında demək olar ki, heç bir əlaqə yoxdur. ABŞ Moskvasının adının yaranması daha maraqlı və əyləncəlidir.

Şəhər 1887-ci ildə ispanlar və meksikanlar tərəfindən yaradılmışdı. Bu günə kimi də yerlilərin 38.7%-ni ispanlar təşkil edir.
  Ilkin versiyalara görə şəhərin adı Ernando Sotonun ekspedisiyalarının üzvlərindən biri olan general Luis Moscosonun adından götürülüb. Yaşayış məntəqəsinin adının qeydiyyatı zamanı bir neçə səhvlər edilmişdi. İlk zamanlar yerli əhali poçt məntəqəsinə müraciət etdikdə onlar yaşayış məntəqəsinin adında bəzi səhvlər edərək onun son iki hərfini buraxırdılar və beləliklə Moscoso əvəzinə Mosco yazırdılar.
   Daha sonra isə Vaşinqtondakı poçt məntəqəsinin işçisi Mosco adını gördükdə qərblilərin savadsız olduğunu hesab edərək onların səhvlərini düzəldib sonuna “ow” artıraraq “Moscow” etdi. Və bu hadisə də ABŞ Moskvasının adlandırılmasına əsas oldu.

среда, 28 октября 2015 г.

11 yaşlı qız tapılması qeyri mümkün olan təhlükəsiz şifrələr yaradır.

11 yaşlı Nyu-Yorklu qız unikal şifrələrin yaradılması üçün sayt yaradıb və istənilən şəxs özünə bu tip şifrələri 2 dollar ödəyərək əldə edə bilər.
Şifrənin seçilməsi üçün proqram təsadüfi qaydada bir-biri ilə əlaqəli olmayan sözlər seçir. Qəribə olsa da bu çox effektiv üsuldur. 
  Nyu-Yorklu qız bunun üçün Arnold Reynholdun 1995-ci ildə şifrə yaratmaq üçün yaratdığı «Dicewear» proqramını bir qədər təkmilləşdirib. Həmin proqramda lüğətdən 6 təsadüfi söz götürülürülərək şifrə yaradılırdı. 
   Miranın proqramında isə kompyuter şifrəni özü seçir və bir birinə əlaqəsi olmayan sözlərdən mənasız bəzən isə tamamilə məntiqsiz cümlələr yaradır. Buna misal olaraq: “Musiqili ilbizlər krujevalı alt paltarı geyinirlər” kimi şifrələr yaradılır. 
  Təhlükəsizliyin oqrunması üçün isə şifrə sındırıla bilən elektron poçta göndərilmir. 11 yaşlı Maya şifrəni özü əllə kağıza yazaraq, məktub vasitəsi ilə sifarişçinin ünvanına göndərir. 
   Bu tip şifrələri təsadüf olaraq tapmaq demək olar ki, qeyri mümkündür. Belə ki, onlar sahibi ilə heç bir əlaqəli deyil və üstəlik də özünün heç bir məntiqi mənası yoxdur. 
  Bu üsul ilk olaraq şifrə seçimində fantaziyası kasıb olan insanların köməyinə gəlir. Belə ki, Gizmodo portalının araşdırmalarına görə ən çox yayılmış şifrələr “1234” və “şifrə”dir (password).


Dünya insanları nə edirlər...


Gündən günə artan insanlar bu dünyada nə ilə məşğul olurlar.

"Göydələndə nahar" şəklinin əngəlli müəllif tarixçəsi

  “Göydələndə Nahar” 1932-ci ildə çəkilmiş və dünyada öz məşhurluğunu tapmış bir şəkildir. Bu şəkil Nyu-Yorkda Rokfeller-mərkəzi adlanan binalar kompleksinin biri olan “RCA Buildings”in tikilişi zamanı çəkilib. 

 Şəkildə göydələnin 69-cu mərtəbəsində, 200 metr hündürlükdə, çıxıntıya doğru uzanan tirdə ayaqlarını sallayaraq oturub nahar edən 11 işçi əks edilib. Şəkil əslində təsadüf yox, reklam xarakterli olub və 29 sentyabr 1932-ci ildə çəkilərək 2 oktyabrda “New York Herald Tribune” qəzetində dərc edilmişdi. Şəklin əsas məqsədi binanın artıq hazır olduğunu qeyd etmək idi.
   Şəklin çəkilmə məqsədi, tarixi və yeri dəqiq və bəlli olsa da onun müəllif hüquqları bir qədər əngəlli oldu və müxtəlif zamanda müxtəlif müəlliflər tərəfindən qeyd edildi.
   İlk zamanlarda şəklin müəllif hüquqları Luis Xayna (Lewis Hine) aid edilirdi. Belə ki o, 1931-ci ildə “Empire State Building”in foto salnaməsini hazırlayırdı və bu şəklin də çox güman ki, elə həmin zamanlarda çəkildiyi güman edilirdi. Lakin daha sonra şəklin müəllif hüquqlarına sahib olan Bettmann arxivi keçirdiyi çoxsaylı elspertizalar və şəxsi xəfiyyə firmasının araşdırmaları nəticəsində şəklin müəllifinin başqa bir fotoqrafa aid olduğunu bildirdi. Belə ki, onlar şəklin müəllifinin Lus Xayn (Lewis Hine) deyil, Çarlz Ebbets (Charles C. Ebbets) olduğunu bildirdilər. Lakin bu müəllif hüququ da çox uzun müddət davam etmədi və cəmi 10 ildən sonar şəklə “naməlum müəllif” status qaytarıldı. “Naməlum müəllif” statusu bu günə kimi hələ də davam edir.

понедельник, 26 октября 2015 г.

Kainatda hansı ölçüdəyik


Hava Şarları Festivalı Yoxsa Ağır Nəticəli Bədbəxtçilik.


Balloonfest '86  1986-cı ildə ABŞ-da keçirilmiş bir tədbir idi.  Ohayo ştatının Klivlend şəhərində keçirilən bu tədbirdə havaya təxminən bir milyon yarım hava şari buraxılmışdı.
Havaya buraxılan bu hava şarları da öz sayına görə dünya rekordu qırmışdı. Bu həmçinin pul toplamaq üsulu idi. İlk əvvəl xoş niyyətli keçirilən bu tədbir qısa müddət sonra bəzi problemlərin yaranmasına səbəb olmuşdu. Havaya qalxan şarlar qısa müddət sonra yenidən şəhərə tərəf qayıdaraq bütün səmanı örtmüş, bir hissəsi isə Eri gölünə, şəhər ətrafına, hətta hava limanının ərazisinə düşərək böyük problemlər yaratmışdı.
Baş vermiş bu problem daha sonra baş verəcək problemin yanında sadəcə texniki bir problem kimi qalmışdı. Belə ki, 26 sentyabrda balıq ovuna çıxmış iki balıqçı Raymond Broderick və  Bernard Sulzer geri qayıtmayaraq itkin düşmüş kimi ailələri tərəfindən axtarışa verilmişdilər. Lakin, havada və suda olan hava şarları axtarışı keçirməyə qeyri mümkün edirdi və itkin düşən balıqçıların cəsədləri yalnız bir neçə gün sonra sahilə vurulduqdan sonra tapılmışdı.

Xoş niyyətli və pul toplanma üsulunu artırmaq üçün keçirilən tədbir təşkilatçısı və şarları havaya buraxan şirkət ölən balıqçılardan birinin həyat yoldaşı tərəfindən 3.2 milyon dollar təzminatın ödənilməsi üçün məhkəməyə şikayət etmişdi.
Daha bir  100000 dollarlıq təzminat şikayəti isə Luiza Novakovsk tərəfindən gəlmişdi. Belə ki, Novakovskun Medina County-də yerləşən fermasında saxladığı ərəb atları onların üzərilərinə düşən hava şarlarından qorxaraq həyəcanlannmış və bunun nəticəsində onlardan bir neçəsi xəsarət almışdı. 


пятница, 23 октября 2015 г.

Quş nəslinin sonuna çıxan tək bir pişik.




1895-ci ildə Stivens adasında yeni bir quş növü aşkarlanmışdı və elə həmin ildə o quş nəsli kəsilmiş kimi hesab edilmişdi. Nə idi buna səbəb? Pişik! Bəli sadəcə tək bir pişik.

İlk zamanlarda “Xenicus lyalı” adlanan bu quşlara demək olar ki bütün Yeni Zelandiya ərazisində rast gəlmək olur. Bu səs küylü oxuyan quşların digər quşlarda olan fərqi isə uça bilməməkləri idi və çox da böyük sürətə malik olmadan yer üzərində qaça bilirdilər.  Zaman keçdikcə Yeni Zelandiyaya miqrantların axını getdikcə sürətlənməyə başlayırdı və insan gedən hər bir yerə onunla dəvətsiz gedən canlılarda biri də sıçovullar olduğundan bu miqrantlarla da böyük adaya xeyli sıçovul gəlmişdi. Uça bilməyən quşlar isə bu sıçovullar üçün bir müddət sonra asan yemə çevrildilər və bir müddət sonra o quşlardan demək olar ki bir dənəsi də qalmadı.

Bütün bu dramatik hadisələrə baxmayaraq o quşlardan qalanlar hələ də var idi. Yeni Zelandiyanın kiçik  Stivens adası hələ sıçovulların hücumuna məruz qalmamışdı və burada uçmağı bacarmayan, oxumağı sevən quşlar təhlükəsiz yaşayırdılar. Ancaq bu gözəl günlərin də bir gün sonu gələcəkdi. 1894-cü ildə adada dəniz fənəri tikildi və ora nəzarətçi kimi gələn Devid Lovel özü ilə sevimli pişiyi “Tibbls” ilə birlikdə gəlmişdi. Bir müddət sonra pişik ov etməyə başladı və hərdən də ovladığı quşlardan Devidə də gətirirdi. Dəniz fənərinin nəzarətçisi isə ona gətirilən quşları tanımadığından onlardan bir neçəsini saxlayıb, cəsədləri elmi işçilərə verdi. Və 1985-ci ildə yeni quş növü qeydə alındı. Ancaq bu qeydlər ediləndə həmin quşlardan artıq qalmamışdı. Çünki adanın tək pişiyi bütün quş nəslinin sonuna çıxmışdı.

Əlbəttə bütün bunlar bir fərziyyədir. Çünki bunu inkar edə onun kimi maraqli daha bir rəvayət var. Belə ki, digər bir rəvayətdə adaya gələn üç nəzarətçi ailəsi ilə gələn hamilə pişiyin qaçaraq balalaması və onlarının sayının sürətlə artması nəticəsində bu quşların nəslinə son qoyulmuşdu deyilir.