понедельник, 9 ноября 2015 г.

Yuxuda yıxıldığımızı görməyimizin səbəbi.

  Yatdığımız zamanı bədənimizin səksənməsi və ya qəfil reaksiyasi tamamilə təbii prosesdir. Daha tez-tez rast gələn hal isə, yuxuda müvazinəti itirərək yıxılmağımızı hiss etməyimizdir. Bu fenomenə alimlər “hipnotik sıçrayış” deyirlər. “BBC Future”nin ekspertləri də bu haqda öz izahlarını veriblər. 
    Hipnotik sıçrayış nədən yaranır? 
  Yuxu zamanı bizim bədənimiz tamamilə hərəkətsiz hala keçir və ərafda baş verənləri artıq hiss etmirik. Ancaq bədən əzələlərimiz biz yuxuya gedən kimi sönmür. Bütün bədənimizin ümumi funksiyalarını məsələn nəfəs almağımızı, şüurumuzu, ayıq qalmağımızı beynimizin “retikulyar aktivləşdirmə sistemi” adlanan hissəsi idarə edir. Bundan fərqli olaraq isə görmə sinirlərinin yanında yerləşən beynimizin daha bir hissəsi, “ventrolateral preoptik nüvə” adlanan hissəsi bizlərdə yorğunluq və yatma hissini aktivləşdirir. 
   Bu iki sistemin iş prinsipi ardıcıldır. Belə ki, biz yuxuya getdiyimi zaman retikulyar aktivləşdirmə sistemi öz bədən üzərində idarəsini söndürərək, onu ventrolateral preoptik nüvəyə ötürür. Bu prinsip elektrik açarını xatırladır. Lakin insan bədəni düymələrlə işləyən hər hansı bir aparat olmadığından, bu proses hər zaman hamar getmir. 
   Buna görə də bir sistem hələ tam sönmədiyi zaman keçid baş verdikdə, yuxuda bizə elə gəlir ki, biz səndələyərək yıxılırıq. Bədənimiz isə bunu reallıq kimi qəbul edərək ona uyğun reaksiyaları verərək – enerji sıçrayışına, qəfil hərəkətlərə səbəb olur. Başqa sözlə bu gündəlik aktivliyimizin qalıqlarıdır.

воскресенье, 8 ноября 2015 г.

İnstagram yaradıcısının öz profilində paylaşdığı şəkillər.

   Hər birimiz demək olar ki, hər gün instagramda müxtəlif şəkillər paylaşırıq. Bizimlə yanaşı instagramda şəkil paylaşanlardan biri də elə bu servisin yaradıcısı Kevin Sistromdur. Kevin əsasən səyahətlərindən və getdiyi yeni yerlərdən şəkillər paylaşır.







Kevinin səhifəsində onun həyat yoldaşının şəkillərinə də tez-tez rast gəlmək olur.







пятница, 6 ноября 2015 г.

Mark Zukerberq, Bill Geyts və Elon Maskın iş effektivliyini artırmaq üçün istifadə etdiyi üsullar.

Times Junalı 3 məşhur iş adamı, Mark Zukerberq, Bill Geyts və Elon Maskın gündəlik iş effektivliyini artırılma üsulları haqqında məsləhətlərini yazıb. Beləliklə niyyət eyni olsa da hər üç şəxsin işə yanaşma prinsipləri fərqlidir və çox maraqlıdır.  

   Mark
Zukerberq – Standartlaşdırma prinsipi.
   Markın dediyinə görə o, mayka və şalvarlarda eyni tonlu rənglər seçir ki, gündəlik paltar seçimində artıq zaman itirməsin və bu işi asanlaşdırsın. O, həmçinin bu prinsipi bütün həyatında da demək olar ki, tətbiq edir. 
   Artıq bir neçə ilə yaxındır ki, Facebookun rəhbəri öz iş yerinə sadə qara rəngli Acura avtomobilində gedir. Bunun da səbəbini onda göstərir ki, avtomobili yenisi ilə dəyişərək yenisinə uyğunlaşmağa vaxt itirmək istəmir. Bu prinisipi həmçinin evinin ətrafındakı mülkləri alanda da saxlayıb. Onun qeyd etdiyinə görə o, onu işdən ayıra bilən nəyinsə olmağını istəmir. 

   Bill Geyts – Üç monitor. 

   Bill Geytsin söylədiyinə görə iş günü ərzində o, ən çox zamanını məktublarla işləməyə sərf edir. Belə ki, ona gün ərzində 100-ə yaxın məktub gəlir. İş masasında üç monitorun olması isə ondan irəli gəlir ki, sol monitorda elektron məktublar göstərilir, orta monitorda üzərisində işlədiyi məktub və ya digər sənədlər, sağ monitorda isə internet brauzer açıq olur. İş prosesi zamanı yeni məktub gəldiyi zaman o, sol monitorla onu oxuya bilər və eyni zamanda da orta monitorda olan əsas işini yaddan çıxarmadan istədiyi vaxt davam edə bilər. Sağ monitor isə hər hansı bir məlumatı almaq üçün internet brauzerdə hər zaman hazırdır. 
   Geytsin həmçinin “Həftəlik Düşüncə” prinsipini də tətbiq edir. Belə ki, bu halda o, meşə dərinliyindəki evində bütün hər şeydən azad olaraq zaman keçirərək kitab oxuyub, gələcək iş planları haqqında düşünür. 

   Elon Mask – Qəhvə və altı saat yarım yuxu. 
   44 yaşlı iş adamı Elon Mask eyni vaxtda üç böyük şirkətin ( Tesla Motors, SpaceX və Solar City) rəhbərliyini edir. Onun sözlərinə görə o, gündəlik rejimini dayanmadan qoruyur. Belə ki, gündəlik yuxusu 6 saat yarım davam edir və gün ərzində xeyli miqdarda qəhvə içir. 
   Həmçinin iş adamı eyni vaxtda bir neçə işi görməyi də öyrənib. Belə ki o, bir iclasda olduğu zamanda eyni anda telefonu ilə digər şirkətinə də tapşırıqlar verə bilir və hətta iş prosesindən ayrılmayaraq uşaqları ilə də mesajlaşa bilir.

Kelloqun Mauqli şimpanzesi və ya Əks nəticəli eksperiment


Hər birimiz canavar sürüsünun böyütdüyü uşaq, Mauqli haqqında hekayəni bilirik və ya meymunların tərbiyə etdiyi Tarzan haqqında da. Amma 1931-ci ildə Vintrop Kelloq adlı alim bu hekayələrin əksi olan bir eksperimenti həyata keçirdi. O, meymunu insan balası kimi tərbiyə etmək qərarına gəlmişdi. 

    Alim 7 aylıq dişi şimpanze balası Quanı evə gətirərək 10 aylıq oğlu Donaldla bir yerdə eyni tərbiyə etməyə başladı. Kelloq daimi olaraq oğlu ilə şimpanzenin inkişafı arasındakı fərqi müqayisə edirdi. 

   Donaldla Qua üzərində müxtəlif sınaqlar aparılırdı. Məsələn evin ortasına hündürdə ipdən peçenye asılırdı və uşaqla şimpanzeyə çubuq verilirdi. Daha sonra gözləri bağlanılaraq hər ikisini də adlarına görə çağırırdılar. Nəticədə isə şimpanze balası bu sınaqlarda daha yaxşı çıxırdı. Ancaq hər ikisinə də kağızla karandaş verildikdə Donald onlarla nə etməli olduğunu şimpanzedə daha tez dərk edərək kağız üzərində xətlər çəkmişdi. 
   Sınaqların gözlənməyən dönüş nöqtəsi isə 19-cu ayda baş verdi. Belə ki, həmin dövrə çatanda Donald cəmi 3 söz bilirdi və nə isə demək istəyəndə və yaxud yemək istəyəndə özünü şimpanze bacısına oxşadaraq onun etdiyi hərəkətləri edirdi. Hadisələrin gözlənilməyən bu gedişi alimə sınaqları dayandırmağa və şimpanze Quanı oğlundan ayırmağa məcbur etdi. Və beləliklə maraqlı sınaq 19-cu ayda dayandırılmalı oldu.

четверг, 5 ноября 2015 г.

Sizi almağa məcbur edən 11 supermarket biclikləri.

1. Musiqi.
İlk olaraq nədən başlayır? Əlbəttə ki musiqidən. Demək olar ki, istənilən böyük super marketlərdə fonda səsləndirilən musiqiləri eşitmişik.
Bəs onlar necə təsir edir? Araşdırmalar nəticəsində aydın olub ki, ritmik musiqilər insanlar market boyu daha sürətlə yeriməyə, həzin musiqi isə daha yavaş, daha rahatlanmış halda yeriməyə vadar edir. Bu da istənilən halda satışı artırır. Birinci halda daha sürətlə yeriyib daha çox şey görməyə səbəb olursa, ikinci halda yavaş yeriyib daha detallı baxışa səbəb olur. Həmçinin daha lüks və bahalı mağazalarda isə klassik musiqi səsləndirilir ki, bu da daha bahalı malları almağa insanlara təkan verir. 

 2. Tanış marşrut. 
Son zamanlarda mağazalarda yeni bir tendensiya yaranır ki, müştərilər mağazaya soldan girirlər və mağazanı saat əqrəbi istiqamətində fırlanırlar. Səbəb isə ondadır ki, insanların 70%-dən 90% arası sağ əlli insanlardır bu da müştərilərə həmin istiqamətdə gəzməyə daha rahat olur və nəticədə daha 20% əlavə alışa səbəb olur. 

 3. Güllər. 

 Bir çox mağazalarda girişdə çiçək satıldığına rast gələ bilərsiniz. Bunun səbəbi isə çox sadədir. İlk olaraq oradakı güllər adətən ucuz güllər olduğundan satışı çox olur, ikincisi isə bitki və çiçəklərin əhval yüksəltmək kimi xasiyyəti vardır. O da heç kəsə sirr deyil ki, əhvalı yaxşı olan insan daha çox bazarlıq edir. 

 4. Qoxular. 

 Girişdə daha bir istifadə olunan üsul da kiçik unlu məmulatlar bişirmək üçün yeri olan marketlərdir. Mağazaya ilk girən insanı tutan şirniyyat, bulka, çörək qoxusu onu həmin yerə çəkəcək və oradan alış etməyə məcbur edəcək. Hətta bəzi mağazalarda yeni bişmiş bulka ətri olan spreylərdən də istifadə olunur. Hansı ki, aclıq hissini sürətlə artırır və hətta balıq bölməsinə keçsəniz də belə alış etmək həvəsiniz yerində qalacaqdır. 

 5. Labirint. 
 Mini marketlərdən fərqli olaraq böyük marketlərdə bölmələri elə yerləşdirirlər ki, insanlar onlara lazım olanları tapmaq üçün mağazanın müxtəlif yerlərini gəzməli olsunlar. 

 6. Premium sinfi. 
 Daha bahalı olan məhsullar adətən nəzərə çarpan səviyyədə, ucuzlar isə ya aşağı, yada yuxarı mərtəbələrdə yerləşdirilir. Çünki istər-istəməz hər kəs mağazada göz baxışı səviyyəsində olan məhsullara baxır. 

 7. Az yaşlı alıcılar. 
 Böyük marketlərin daha bir fəndi də aşağı rəflərdir. Çünki aşağı rəflərə adətən uşaqların sevdiyi şeyləri, konfetləri, oyuncaqlar, şirniyyatları qoyurlar. Səbəb isə uşaqların aşağı rəflərdəkini görərək istəməkləridir. 

 8. Biclik qonşuluğu. 
Adətən bahalı məhsulların yanına onların məntiqi qonşularını qoyurlar. Məsələn konfetlər sırasına adətən bahalı şokoladları qoyurlar. Alıcı da çox vaxtı birini alanda digərindən də əlavə edilməsini istəyir. 

9. Daima böyüyən səbətlər. 
 Bu səbətin dolu və ya boş görünməsindən asılıdır. Marketinq üzrə məsləhətçi Martin Lindstrom qeyd edir ki, səbətləri və arabalar böyüdüldükdə alıcılar əvvəlkindən 19% daha arıq məhsul alırlar. Bu da çox vaxt səbət və arabaların böyüməsinə səbəb olur. 

10. Dar və uzun kassa dəhlizləri. 
 60%-dən artıq alıcılar adətən kassaya yaxınlaşdığı zaman səbətə yığdığı məhsullardan bəzilərini çıxararaq hər hansı bir rəfə qoyurlar. Dar və uzun kassa dəhlizlərində isə alıcılar fikirlərini dəyişsələr də belə onu qoymağa yer tapa bilmirlər. 

11. Kassalardakı kiçik şirniyyat, saqqız və suvenirlər. 

 Kassada olan alıcılar bütün hesablama vaxtı orada olan şirniyyatlara baxmağa məcbur olurlar və çox vaxtı da reflektiv olaraq orada hər hansı şokolad, saqqız və ya nə isə götürürlər.

среда, 4 ноября 2015 г.

Qlobal isinməni gostərən tarixi və yeni fotolar.

Qlobal isinmənin danılmaz olduğu hər kəsə aydındır amma bu şəkillər bunun nə dərəcədə iri həcimli olduğuna işarədir. 

Montanada Qrinnel Buzlağı 1920-2008


Kaliforniyada Oroville gölü 2011-2014

Arktika Buzu 1980-2012

Alaska Muir Buzlağı 1880-2005

Alaskada pedersen buzlağı  1930-2005

Montanada Qrinnel Buzlağı 1926-2008

вторник, 3 ноября 2015 г.

25 ilə yazılan "Üzüklərin hökmdarı" əsərini 4 dəqiqəyə izah edilməsi. - VİDEO

25 ilə yazılab "Üzüklərin hökmdarı" əsərini 4 dəqiqəyə izah edilməsi. 






Titanikin batması haqqında qabaqcadan xəbər verən roman və Fundamental Titan və Titanik təsadüfləri

1912-ci il aprel ayının 14-dən 15-nə keçən gecə artıq bizə məlum olan Titanik gəmisinin qəzaya uğrayaraq batdığı tarixdir. Bu gəminin ətrafında yarandığı gündən bu günə qədər çox saylı söz-söhbətlər, suallar, tapmacalar mövcud olubdur və hələ də davam edir. Ən qəribə və maraqlı söz-söhbətin səbəbi isə bu gəminin hələ yaradılmasından 14 il əvvəl başlamışdı. 
 1898-ci ildə qəzadan 14 il əvvəl o zaman tanınmamış yazıçılardan biri olan Morqan Robertsonun “Heçlik” (daha sonra “Titan Qəzası” adı ilə çap edildi) adlı əsəri İngiltərədə çap olunmuşdu. Elə bu əsər də bir çox söz-söhbətlərə əsas qoydu. Belə ki, əsərdə İngiltərədə inşa edilmiş “Titan” adlı çox böyük gəminin okeana çıxaraq orada qəzaya uğraması haqqında hekayədən bəhs edirdi. 
  - Oxşarlıq hiss etdiniz? Bu hələ başlanğıcıdır. Çünki əsərdə bədbəxt hadisə haqqında təsadüflər həddindən artıq çoxdur. Əsərdəki gəminin adı Titan, əsil gəminin adı isə Titanik idi və hər iki gəmi yaradılan zaman ən böyük və heç bir şəraitdə batması mümkün olmayan kimi izah edilirdi. Hətta digər gəmilərlə toqquşduğu zaman onlarda yalnız kiçik cızıqlar yarana biləcəyi söylənilirdi. Hər iki gəmidə 4 boru 3 pərvanə var idi. Titanın uzunluğu 260 metr, Titanikin uzunluğu isə 268 metrə bərabər idi. Hər iki gəmini surəti 25 dəniz milinə bərabər olduğu halda, Titanın mühərrik gücü 50000 at gücünə, Titanikin mühərrik gücü isə 55000 at gücünə bərabər idi. Su sıxma həcmi Titanda 70, Titanikdə isə 66 ton idi. 
  Bu azlıq etdi? O zaman onu de deyək ki, Qəzanın yeri, zamanı və səbəbi də eyni idi. Titan gəmisində Titanikdə olduğu kimi yüksək təbəqə insanları var idi. Hər iki gəmidə xilasedici qayıqların sayı yetərsiz idi və hər iki gəmidə xilasedici gəmiləri kəsmək üçün kəsici alətlər çatışmırdı. Robertin bu əsəri ilə bütün dünya təəccüb qarşısında qalmışdı. Yazıçının heç bir xəbəri və günahı olmasa da onu bəziləri şeytan, bəziləri qara dahi, bəziləri də bədbəxtçilik uzaqgörəni adlandırırdılar. Əsəsrini isə lənətlənmiş hesab edirdilər.

понедельник, 2 ноября 2015 г.

Səhər qəhvəsini əvəz edə bilən 3 gümrahlaşdıcı içki.

Artıq qəhvədən yorulubsuz? Əslində qəhvədən yorulmaq mümkün olmasa da gününüzə rəngarənglik və maraq qatmaq üçün hərdən səhər qəhvəsini başqa içkilərlə də əvəz edə bilərsiz. Bəli onlar qəhvəni əvəz edə bilərlər və hətta qəhvə qədər də əhvalınıza gümrahlıq qata bilərlər. 


1. Limonlu-ballı içki.
 Bu içki gümrahlıq verməyi ilə yanaşı, immunitetin güclənməsinə də öz təsirini göstərir. Bunun üçün sadəcə bir stəkan ilıq suya 2-3 dilim limon və bir çay qaşığı bal qatmaqla hazırlamaq olar. Xüsusi sevənlər isə darçın da qata bilərlər. 

2. Portağal şirəsi ilə kakao. 
 Bu içki əhvalınız qalxmasına və gün boyu gümrah olmanıza təsir edə bilər. Həmçinin bədən xolesterinin tənzimlənməsinə də təsir edir və bundan başqa kakao insanda toxluq hissi də yaradır. Bunun üçün sadəcə portağal qabığını sürtgəcdən keçirmək, para portağal şirəsini sıxmaq və bişirilmiş südlü kakaoya əlavə etmək lazımdır. 

 3. Zəncəfilli çay. 
 Zəncəfil çayı qəhvədən fərqli olaraq daha uzun müddətli stimullaşdırıcı xasiyyətə malikdir. Onun təkcə ətri isə insandan yorğunluq hissini apara bilər. Zehni işlə məşğul olanlara bu çayın xeyri daha da effektiv olacaqdır. Hazırlanması isə adi çay dəmlənməsi prosesi kimidir. Hətta qara çaya da əlavə edənlər olur.

воскресенье, 1 ноября 2015 г.

Dünyanın ən bahalı qəhvəsi və onun ağıla gəlməyən istehsal üsulu.


Təxminən 350 il bundan əvvəl Hollandiyalılar İndoneziya sahillərinə gəlib çıxaraq bu yerlərin torpaqlarının münbit və əkin üçün yararlı olduğunu aşkarlamışdılar.
Bu münbit torpaqlarda bir çox şey əkmək mümkün olsa da, burada Ərəbistan yarımadasından gətirdikləri xüsusi qəhvə növünü əkməyə qərara gəlmişdilər. Bu seçim də doğru olmuşdu. Belə ki, bir neçə il sonra qəhvə burada sürətlə və yüksək keyfiyyətlə yetişməyə başladı. Və bir müddət sonra Sumatra adasında böyük qəhvə plantasiyaları salınmağa başlandı. Artıq həmin illərdə qəhvə Avropa ölkələrində ən dəyərli və bahalı içki növü hesab edilirdi və onun məşhurluğu gündən günə artırdı.
 Adaya yeni gəlmiş qəhvə nəinki avropalıların, həmçinin adada yaşayan canlılardan biri olan Musanqların da ağız dadına xoş gəlmişdi. Yerlilər bu canlıları həmçinin Luvak da adlandırırdılar. Qəhvənin sevənlərin sayı isə getdikcə artırdı. Avropalılar və musanqlardan başqa yerli əhali də adada yetişən qəhvənin dadını çox sevirdilər. Lakin, o zamanlar çox baha hesab edilən qəhvəni almağa onların maddiyatları imkan vermirdi və bundan da çıxış yolunu yerlilər fərqli bir üsulla tapmışdılar. Onlar qəhvə toxumları ilə qidalanan musanqların nəcislərini yığmağa başladılar. Hərtərəfli təmizlənmə, emal və gün altında qurudulduqdan sonra, adalılar artıq dəmləyərək içə biləcəkləri qəhvəni əldə edə bilirdilər.
Bu qəhvəni avropalılar tamamilə təsadüf nəticəsində dadmışdılar və onun digərlərindən daha tünd və daha ətirli olması onlarda buna marağı daha da artırmışdı.
Qəhvənin xüsusi dadının və ətrinin olmasına səbəb musanqların bəzi zülalları parçalaya bilən mədə şirəsi göstərilir. Bu həmçinin qəhvədə digərlərində olmayan spesifik bir acılıq da əlavə edir.

Hesab edilir ki mustanqlar ən dadlı və yetişmiş qəhvələri yeyirlər və il ərzində təbii yolla bu növ qəhvənin istehsalı bir neçə yüz kiloqramdan artıq ola bilməz. Lakin Son zamanlarda xüsusi zoofermalarda bunun istehsalına da rast gəlmək mümkündür. Eyni üsulla alınsa da burada bəzi fərqlər yaranır. Buna səbəb həmin fermalarda mustanqların azad olmamasıdır. Onlar xüsusi qəfəslərdə saxlanılırlar və onların ağaclarda gəzərək ən dadlı və yetişmiş toxumları seçmək kimi imkanları yoxdur. Daha bir fərq isə təbii mühitdə yaşayan mustanqlarla fermada yaşayan mustanqların həzm prosesində olan fərqdir ki, bu da dada təsir edə bilər. 


"Mona Liza"nın oğurluğu və onun əsas məşhurlaşma səbəbi.

"Mona Liza", "Cakonda"; italyanca. La Gioconda, fransızca. La Joconde, şəklin tam adıisə  " Xanım Liza Cakondanın portreti",  Leonardo da Vinçinin yaratdığı çox saylı əsərlərdən biridir və demək olar ki ən məşhurudur.
Şəklin tarixindəki hadisələr, sirrləri, gizli mesajları saysız hesabsızdır və bu günə kimi də demək olar ki, onun haqqında olan bir çox suallara hələ də cavab tapılmayıb.
Əsər əslində hələ uzun bir müddət bu qədər məşhur olmayacaqdı ki, onun başına gələn bir hadisə ona bu imkanı yaratdı
21 avqust 1911-ci ildə əsər Luvr muzeyinin güzgülər üzrə mütəxəssisi Vinçenzo Perudji tərəfindən oğurlandı. Oğurluğun məqsədi nə o zaman, nə də bu günə kimi tam bəlli olmadı. Mümkün variantlardan biri o göstərilirdi ki, Vinçenzo əsəri tarixi vətəni olan İtaliyaya qaytarmaq istəyirdi. Çünki o, hesab edirdi ki, Fransızlar Cakondanı oğurlayaraq Fransaya gətirmişdilər. Lakin əslində olan isə Leonardo əsəri Fransaya özü gətirmişdi.
  Axtarışlar ilk zamanlar heç bir nəticə vermirdi və  ölkə sərhədləri belə bağlanmışdı. Hətta şair Qiyom Apolliner də həbs edilmişdi, lakin daha sonra azad edilmişdi. Hətta Pablo Pikasso belə şübhə altına salınmışdı
  Qəzetlər də bu hadisə ilə yaxından maraqlanmağa başlamışdılar və bəzi qəzetlər əsəri tapıb gətirənə, hətta əsərin yerinəistiqamət verənə mükafatlar söz verirdilər. Maraq o qədər böyük idi ki, polisin araşdırmalarının nəticəsizliyi ilə qəzetlər artıq istehzalı yazılar yazmağa başlamışdılar. Qəzetlər detektiv araşdırmaları kimi “Mona Lizanı kim oğurlayıb” başlıqları altında məqalələr yazmağa başlamışdılar və bu bütün insan təbəqələrinin əsərə olan marağını getdikcə artırırdı. Yazarlar isə hər yazılarında əsərin sevgi üçbucağından tutmuş, müəmmalı gülüşünə (bu haqda daha sonrakı yazılarda) kimi gizli və sirli detallara girirdilər. Hər qəzet çapında demək olar ki, əsas hissəni əsərin oğurluğu tuturdu və onu yalnız Titanikin batması bir müddətlik ikinci plana atmışdı. 
 Əsər yalnız iki ildən sonra tapıldı və buna səbəb də elə oğrunun özü olmuşdu. Belə ki, o, qəzetlərdəki elanlardan birinə cavab verərək onu Uffizi qalereyasının direktoruna satmaq istəmişdi. Oğru patriotluğuna və vətənpərvərliyinə görə təriflənsə də, həbsdən canının qurtara bilməmişdi və haqqında çox da uzun müddətlik olmayan həbs seçilmişdi. 
Nəhayət 4 yanvar 1914-cü ildə əsər Luvra, İtalya şəhərlərində keçirilən sərgilərdən sonra qaytarıldı. Bütün bu müddətdə isə qəzetlərdən əksik olmayan “Mona Liza” oğurluğu haqqında yazılar elə əsərin dünyada da məşhurlaşmasına əsas səbəb oldu.